Xəbərlər və Tədbirlər

STİMUL Education & Consulting olaraq bu gün, 25 yanvar tarixində 14 yaşımızı qeyd edirik.

26.01.2023

STİMUL Education & Consulting olaraq bu gün, 25 yanvar tarixində 14 yaşımızı qeyd edirik.
14 yaşımıza özəl bütün xidmətlərimizə 14% ENDİRİM elan edirik.
Beləliklə, tələbə biletini təqdim edən tələbələr, həmçinin sosial həssas qruplardan olan hər kəs bizdən 14% endirim əldə edəcək. Endirimlərin davametmə müddəti ilkin mərhələdə 3 ay nəzərdə tutulub.
Qeyd etmək istəyirik ki, artıq 14 ildir ki, Azərbaycan Respublikasında 100-dən çox mövzuda təlimlərin və ixtisasartırmaların (Marketinq, Menecment, Maliyyə, Mühasibatlıq, Psixologiya, Logistika, HR, PR, Bank işi, Hüquq və s.) təşkili, 17 xarici dil və 100-dən çox professional kompüter proqramlarının tədrisi, müxtəlif xarici dillərdə tərcümə xidmətləri (sinxron, ardıcıl və yazılı tərcümə), xaricdə təhsil sahəsində xidmətlər, konsaltinq xidmətlərinin (marketinq, menecment, hüquq, HR, satış, mühasibatlıq, logistika və s.) göstərilməsi istiqamətində fəaliyyət göstəririk.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi də olmaqla 8 nazirlik, BMT də olmaqla onlarla Beynəlxalq şirkət, Azərbaycan Respublikası Mərkəzi Bankı da olmaqla onlarla Bank, SOCAR da olmaqla 300-dən çox digər Müəssisələrlə, Təşkilatlarla əməkdaşlıq edirik.
Təklif etdiyimiz geniş xidmətlərimizdən endirimli əsaslarla yararlanmaq zamanıdır!