Gürcüstanda təhsil almaq istəyən tələbələri, biznes fəaliyyəti ilə məşğul olan iş adamlarını, bir sözlə GÜRCÜ dilinində səlist danışıq bacarığına yiyələnərək dost gürcü xalqı ilə gürcü dilində ünsiyyət qurmaq istəyənləri fərdi və ya kiçik qrupda tədris olunan gürcü dili kurslarında iştiraka dəvət edirik.
Gürcü dili kursları fərdi və kiçik qruplarla, standart proqrama əsasən həftədə 3 dəfə hər dərs 1 saat və ya həftədə 2 dəfə hər dərs 1 saat yarım olmaqla bütün səviyyələr üzrə (A1-C2) tədris olunur. Dərslər əyani və ya online keçirilir.
Hər səviyyənin proqramı ortalama 2 ay olsa da, tələbənin dil öyrənmə qabiliyyətindən və bu dili öyrənmək üçün ayıracağı vaxtdan asılı olaraq bu müddət dəyişə bilir.
Dərslər gürcü dilində ali təhsil almış, gürcü dilinin müasir metodlarla öyrədilməsi üzrə peşakar olan, bu sahə üzrə 5 ildən çox iş təcrübsinə malik müəllimlər tərəfindən tədris olunur. İlk dərs sınaq dərsidir və ödənişsizdir. Yoxlayın və dərslərimizin keyfiyyətindən və müəllimlərimizin savadından əmin olun.
Dərs vaxtlarını tələbələr özləri də seçə bilirlər.