Türkiyədə təhsil almaq və ya işləmək istəyənləri, türk dilini öyrənməyi arzulayan hər kəsi kurslarımızda iştiraka dəvət edirik.
Türkiyədə təhsil üçün Türk dili vacibdir. Türk dili biliyi Universitetə qəbul olmaq (TYS sertifikatı) və orada oxumaq, işləmək üçün lazımdır. Türkiyədə bakalavr, magistr və doktorantura proqramları əsasən türk dilindədir və Universitetə qəbul üçün əsasən C1 səviyyə Türk dili sertifikatı tələb olunur..
Kurslarımızda Türk dilinin tədrisi A1 səviyyəsindən başlayaraq C1 səviyyəsinədək (istəyə uyğun C2 daxil olmaqla) təşkil olunur.
Kursun proqramı 6 səviyyədən ibarətdir:
Hər səviyyənin proqramı ortalama 2 ay davam edir. Lakin tələbənin dil öyrənmə qabiliyyətindən və Türk dilini öyrənməyə ayırdığı vaxtdan asılı olaraq bu müddət arta və ya azala bilər.
Türk dili müəllimlərimizin peşəkarlığına əmin olmağınız üçün sınaq dərslərində ödənişsiz iştirak edə bilərsiniz.
Türk dili kursları fərdi və kiçik qruplarla,əsasən həftədə 3 dəfə, hər dərs 1 saat və ya həftədə 2 dəfə, hər dərs 1 saat yarım olmaqla bütün səviyyələr üzrə (A1–C2) tədris olunur.
Sınaq dərslərimiz tamamilə ödənişsizdir.
Dərs vaxtlarını tələbələr özləri də seçə bilirlər.