“Reklam və PR” təliminin tədris proqramı
Reklam — insanların hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsi.Reklam qəzet, websaytlar, radio, bilbord və s. kimi vasitələrlə ötürülə bilər. Bir qayda olaraq reklam məhsulun və ya xidmətin adı və bu məhsul və ya xidmətin alıcıya necə faydalı olacağı barədə məlumatları özündə saxlayır. Reklam bir çox hallarda potensial alıcıları hər hansı bir markanın məhsul və ya xidmətlərindən istifadə etməyə inandırmağa cəhd göstərir.
İctimaiyyətlə əlaqələr və ya PR, piar (ing. PR – public relations) — insanın, şirkətin, ictimai hərəkatın, partiyanın, qeyri hökumət təşkilatının və s. ictimai informasiyanın verilməsi və onunla əməkdaşlığa əsaslanan irəliyə hərəkəti üzrə kompleks tədbirlərdir. Biznesdə ictimaiyyətlə əlaqələr – marketinq kommunikasiyalarının növlərindən biridir. İctimaiyyətlə əlaqələr BTL-tədbirlərin tərkib hissəsidir. PR anlayışı təbliğat və reklam terminləri ilə sıx əlaqədardır.
Təlimin proqramı:
|
№ |
Mövzu |
Saatın sayı |
|
1 |
Modul 1 – Reklam nədir? -Reklamın tarixi -Reklamın məqsədi və vəzifələri -Reklamın effektivliyi matrisası |
0,5 |
| 2 |
Modul 2 – Reklamın növləri -ATL və BTL anlayışları -Daşıyıcılarına görə reklamın növləri -Məzmununa görə reklamın növləri |
1,5
|
| 3 |
Modul 3 – Reklam siyasətinin hazırlanması və tətbiq edilməsi -Məhsulun həyat tsikli və reklam arasında əlaqə -Hədəflərin müəyyən edilməsi -Hədəf kütlənin seçilməsi -Reklam büdcəsinin hazırlanması -Reklam mesajının hazırlanması -Kommunikasiya kanallarının seçilməsi və mediaplanlama -Reklam kampaniyasının icrası -Reklam kampaniyasının ölçülməsi |
2
|
| 4 |
Modul 4 – Reklam qaydaları - Yaxşı reklam necə olmalıdır? - Reklamda AIDA modeli - Reklamda 5M qaydası |
1,5 |
| 5 |
Modul 5 – Reklamda qadağalar - Reklam haqqında Azərbaycan Respublikası qanunu |
0,5 |
| 6 |
Modul 6 – İctimaiyyətlə Əlaqələri (PR) - PR nədir? Reklam və PR-ın fərqi - PR necə yarandı? - PR nəyə və kimə lazımdır? - PR-ın vəzifələri - İmic və İctimai fikir - Dizayn və ictimaifikir - Auditoriya - PR strategiyanın qurulması, tətbiqi və qiymətləndirilməsi |
3
|