İndi biz rəqəmsallaşan dünyada yaşadığımız üçün bir çox digər fəaliyyət sahələri kimi marketinq fəaliyyətinin də rəqəmsal istiqaməti sürətlə inkişaf edir və proirotetə çevrilir.
Rəqəmsal marketinq nəinki marketinqin sürətlə inkişaf edən hissələrindəndir, eyni zamanda da onun gələcəyi sayılır. Bu gələcəyi rəqəmsal yeniliklərsiz təsəvvür etmək qeyri-mümkündür. Rəqəmsal marketinqdə E-mail və ya sosial media kompaniyası istehlakçılara TV elanı və ya print kompaniyasının marketinq mesajını cüzi xərclər hesabına ötürə bilər və potensial olaraq daha geniş auditoriyaya çatdıra bilər. Marketinqin rəqəmsal şəkildə qurulmasının əsas faydalarından biri də nəticələrin izlənilməsi və monitorinqinin yüngülləşdirməsidir.
Ənənəvi marketinq fəaliyyəti zamanı siz hədəf auditoriyanızı təxmini seçə bilirsiniz, amma rəqəmsal alətlərlə çox dəqiqliklə müəyyənləşdirə bilərsiniz.
Ənənəvi Marketinqdə müştərilərin sizin mesajınıza necə reaksiya verdiklərini öyrənməyiniz demək olar ki, mümkün deyil, amma Rəqəmsal Marketinqdə bunu anbaan izləyə bilirsiniz, reaksiyaları, təklif və ya iradları analiz edə bilirsiniz ki, bu da növbəti addımı daha uğurlu atmağınıza yardımçı olur.
Dərs 1: Digital Marketinq haqqında ümumi məlumat
Dərs 2: Digital Marketinq Planının hazırlanması
Dərs 3: Digital Marketinq Planının hazırlanması
Dərs 4: Sosial Media Marketinqi
Dərs 5: Sosial Media Marketinqi
Dərs 6: SEO
Axtarış sistemləri, Google-da görünmək
Dərs 7: SEO
Dərs 8: Digital Marketinq hesabatının yazılması