İxtisasartırmalar - Təlimlər

Biznesin idarə olunması təlimi

Biznesin idarə edilməsi — şirkətin məqsədlərinə çatması üçün plan qurmaq, işləri təşkil etmək və düzgün qərarlar verməkdir. Bu sahədə menecer komandaya rəhbərlik edir, resursları bölüşdürür və nəticəyə nəzarət edir. Strateji düşüncə, maliyyə savadı və bazar anlayışı vacib bacarıqlardandır. Eyni zamanda, liderlik və motivasiya da idarəetmədə önəmli rol oynayır. Biznes mühitini təhlil etmək və riskləri idarə etmək uğurlu nəticə üçün şərtdir. Bu sahə hər bir sahibkar və rəhbər üçün vacib biliklər verir.

“Biznesin idarə edilməsi” təliminin qısa tədris proqramını təqdim edirik:

Modul 1. Biznesin idarə edilməsinə giriş

  • Biznesin idarə edilməsinin mahiyyəti və funksiyaları.
  • Menecerin və rəhbərin rolu.
  • İdarəetmə yanaşmalarının təkamülü.

Modul 2. Biznes mühiti və strateji təhlil

  • Biznesin xarici və daxili mühiti.
  • SWOT və PESTEL təhlili.
  • Rəqabət üstünlükləri və onların qiymətləndirilməsi.
  • Biznes-model anlayışı.

Modul 3. Strateji idarəetmə

  • Missiya, vizyon, təşkilatın məqsədləri.
  • Strategiyanın formalaşdırılması və strateji planlaşdırma.
  • Strateji təhlil modelləri (BCG, Porter, Blue Ocean).
  • Ssenari planlaşdırılması və risklərin idarə edilməsi.

Modul 4. Təşkilati idarəetmə və liderlik

  • İdarəetmə strukturları və onların növləri.
  • Liderlik və motivasiya nəzəriyyələri.
  • Dəyişikliklərin idarə edilməsi və korporativ mədəniyyət.

Modul 5. Əməliyyat menecmenti

  • Biznes prosesləri və onların optimallaşdırılması.
  • Keyfiyyət və səmərəlilik: Lean, Six Sigma, Kaizen.
  • Proseslərin rəqəmsallaşdırılması və avtomatlaşdırılması.

Modul 6. Biznesdə maliyyə idarəetməsi

  • Maliyyə təhlilinin əsasları.
  • Büdcələşdirmə və nəzarət.
  • Maliyyə KPI-ları və idarəetmədə onların rolu.

Modul 7. Marketinq və satışların idarə edilməsi

  • Marketinqin əsasları: 4P və 7P.
  • Qiymətqoyma və bazar strategiyaları.
  • Satış hunisi və CRM sistemləri.

Modul 8. Yekun məşğələ: biliklərin inteqrasiyası

  • Biznes simulyasiyası və ya mini-bBiznes planın hazırlanması.
  • Qrup layihələrinin təqdimatı.
  • Yekun müzakirə

Təlimin  məqsədi:

  • Biznesin idarə edilməsinin əsas anlayışları və alətləri ilə tanışlıq.
  • Strateji, əməliyyat və maliyyə idarəçiliyi üzrə bilik və bacarıqların formalaşdırılması.