Təlimlər

Satınalma Təlimi

Əksər şirkətlərin uğuru və ya uğursuzluğu onların satınalma prosesinin necə qurulmasından birbaşa asılıdır. Effektiv və düzgün təşkil olunmuş satınalma sistemi şirkətin xərclərinin optimallaşdırılmasına, düzgün təchizatçı seçiminə və davamlı fəaliyyətinə mühüm təsir göstərir.

Satınalma prosesinin qüsursuz qurulması üçün peşəkar mütəxəssislərin hazırlanması bizim əsas məqsədimizdir.

 Təlim haqqında məlumat:

Təlimin dili: Azərbaycan və Rus dili
Təlimin müddəti: 1 ay (12 saat)
Qrup iştirakçılarının sayı: 3–5 nəfər
Dərs saatı: müraciətlərdən asılı olaraq müəyyənləşdirilir

“Satınalma” təlimində iştirak etməklə siz aşağıdakı mövzular üzrə bilik və bacarıqlar əldə edəcəksiniz:

 

 

Modul Mövzu Məzmun
Modul 1 Satınalmanın mahiyyəti və rolu Satınalmanın təşkilatlarda məqsədi, funksiyası və idarəetmə sistemində rolu
Modul 2 Satınalmanın əsas prinsipləri Şəffaflıq, ədalətlilik, rəqabətlilik və səmərəlilik prinsipləri
Modul 3 Satınalma növləri və metodları Açıq tender, kotirovka sorğusu, bir mənbədən satınalma və digər metodlar
Modul 4 Satınalma planlaması Təşkilatın ehtiyaclarının müəyyən edilməsi və satınalma planının hazırlanması
Modul 5 Satınalma prosesinin mərhələləri Ehtiyacın müəyyənləşdirilməsi, elan, təkliflərin qəbulu və qiymətləndirilməsi mərhələləri
Modul 6 Satınalma sənədləri Texniki şərtlər, tender sənədləri, təklif formaları və digər sənədlər
Modul 7 Təkliflərin qiymətləndirilməsi Qiymət, keyfiyyət və digər meyarlara görə təkliflərin təhlili və qiymətləndirilməsi
Modul 8 Müqavilənin bağlanması və icrası Qalib təchizatçı ilə müqavilənin bağlanması və icra mexanizmi
Modul 9 Satınalmalarda risklərin idarə edilməsi Maliyyə, hüquqi və əməliyyat risklərinin müəyyən edilməsi və idarə olunması