"Maliyyə və Bank işçiləri üçün İngilis dili" kursunun məqsədi beynəlxalq maliyyə və bank sektoru ilə bağlı ünsiyyət bacarıqlarınızı inkişaf etdirmək və peşəkar iş mühitində İngilis dilində sərbəst ifadə olunmanı təmin etməkdir.
Bu kurs vasitəsilə siz maliyyə hesabatları, bank əməliyyatları, müştəri xidməti və korporativ yazışmalarla bağlı istifadə olunan terminləri öyrənə, qrammatik biliklərinizi təkmilləşdirə və söz ehtiyatınızı artıraraq öz sahənizdə daha peşəkar şəkildə ünsiyyət qura biləcəksiniz.
Dərslər beynəlxalq maliyyə standartları və bank sektoru nəzərə alınaraq hazırlanmış xüsusi materiallar və metodikalar əsasında keçirilir. Proqram iştirakçıların bilik səviyyəsi, iş qrafiki və mövzu seçimlərinə uyğun şəkildə təşkil olunur. Məşğələlər fərdi və ya kiçik qrup şəklində keçirilə bilər.
Bu kursa daxildir:
-Maliyyə və bank terminologiyası
-Müştərilərlə ingiliscə ünsiyyət
-Hesabatların hazırlanması və təqdimatı
-Rəsmi məktublar, e-poçtlar və korporativ yazışmalar
-Kredit və investisiya danışıqları
-Bank əməliyyatları və prosedurların izahı
-Tənqidi düşünmə və problem həll etmə bacarıqları
Kurs maliyyə və bank sektorunda çalışan əməkdaşlar, yeni işə başlayanlar, beynəlxalq müştərilərlə işləyən menecerlər və bu sahədə karyera qurmaq istəyən tələbələr üçün nəzərdə tutulub.
İxtisaslaşdırılmış ingilis dili kurslarına başlaya bilmək üçün ingilis dili biliklərinizin İntermediate level olması lazımdır. Tədris dil üzrə 4 əsas bacarığın, danışıq, dinləmə, yazma və oxumanın inkişafına yönəldilib.
Proqrama əsasən həftədə 3 saat dərs və əlavə olaraq 2 saat da Ünsiyyət Klubları (Conversation & Speaking Clubs) təşkil olunur.
Dərslər fərdi yaxud kiçik qrup olmaqla müştərinin ofisində və ya bizim tədris mərkəzimizdə tədris olunur.
Müəllimlərimiz müxtəlif yerli və xarici universitetlərin məzunları (ingilis dili ixtisaslı) olmaqla yanaşı, CELTA, TEFL, TKT, İELTS, TOEFL və s. Beynəlxalq sertifikatlara malik təcrübəli mütəxəssislərdir.