İngilis dili kursları

HR professionalları üçün İngilis dili

HRM (İnsan Resurslarının İdarəedilməsi) üçün İngilis dili Kursu

Kursun məqsədi:
Bu kurs İnsan Resursları sahəsində çalışan mütəxəssislərin beynəlxalq iş mühitində effektiv ünsiyyət qurmaq, qlobal HR proseslərini başa düşmək və peşəkar yazışmalar aparmaq bacarığını inkişaf etdirmək üçün nəzərdə tutulmuşdur.

Kursun üstünlükləri:

  • HR terminologiyasına uyğun xüsusi ingilis dili modulları
  • CV və motivasiya məktublarının hazırlanması
  • İşə qəbul prosesində istifadə olunan suallar və cavab formaları
  • İş görüşmələrinin (interview) təşkili və aparılması üçün dil bacarıqları
  • Performans dəyərləndirmə, əməkdaş rəy bildirmə (feedback), və daxili yazışmalar üçün ingilis dili praktikası
  • E-poçt yazışmaları, hesabatların hazırlanması və təqdimat bacarıqları

Tədris forması:
Dərslər fərdi və ya kiçik qruplar şəklində, tələbənin bilik səviyyəsinə və məqsədlərinə uyğun şəkildə təşkil olunur. Müasir metodika və peşəkar materiallar əsasında keçirilir.

Kurs kimlər üçün uyğundur?

-HR mütəxəssisləri və menecerlər

-İnsan resursları sahəsində yeni karyeraya başlayanlar

-Xarici şirkətlərlə çalışan HR komandası üzvləri

-Beynəlxalq HR sertifikatlarına hazırlaşanla

İxtisaslaşdırılmış ingilis dili kurslarına başlaya bilmək üçün ingilis dili biliklərinizin İntermediate level olması lazımdır. Tədris dil üzrə 4 əsas bacarığın, danışıq, dinləmə, yazma və oxumanın inkişafına yönəldilib.

Proqrama əsasən həftədə 3 saat dərs və əlavə olaraq 2 saat da Ünsiyyət Klubları (Conversation & Speaking Clubs) təşkil olunur.
Dərslər fərdi yaxud kiçik qrup olmaqla müştərinin ofisində və ya bizim tədris mərkəzimizdə tədris olunur.

Müəllimlərimiz müxtəlif yerli və xarici universitetlərin məzunları (ingilis dili ixtisaslı) olmaqla yanaşı, CELTA, TEFL, TKT, İELTS, TOEFL və s. Beynəlxalq sertifikatlara malik təcrübəli mütəxəssislərdir.