İngilis dili kursları

Mühəndislər üçün İngilis dili

"Mühəndislər üçün İngilis dili" kursunun məqsədi texniki və peşəkar sahədə beynəlxalq ünsiyyət bacarıqlarınızı inkişaf etdirmək və mühəndislik sahəsində istifadə olunan terminologiya ilə tanış olmaqdır.

Bu kurs vasitəsilə siz texniki sənədlərin hazırlanması, beynəlxalq layihə müzakirələri, təqdimatlar və gündəlik iş mühitində istifadə olunan İngilis dili biliklərinizi möhkəmləndirə, qrammatikanızı təkmilləşdirə və söz ehtiyatınızı genişləndirə biləcəksiniz.

Dərslər müasir metodikalarla, mühəndislik sahəsinə uyğun proqram və materiallar əsasında aparılır.

Proqram iştirakçıların ixtisas istiqaməti, bilik səviyyəsi və mövzu seçiminə uyğun şəkildə, onların sərbəst vaxtı nəzərə alınaraq hazırlanır. Tədris fərdi və ya kiçik qruplar şəklində təşkil olunur.

Bu kursa daxildir:

  • Texniki sənədlərin oxunması və hazırlanması
  • Layihə təqdimatları və texniki təqdimat dili
  • İclas və görüşlərin idarə olunması
  • Texniki yazışmalar (e-poçtlar, hesabatlar və s.)
  • Təhlükəsizlik və istismar təlimatlarının başa düşülməsi və izahı
  • Texniki ingilis dili terminologiyası
  • Komanda işi və texniki problemlərin müzakirəsi

Kurs mühəndislər, texniki işçilər, yeni məzun olmuş mühəndislik tələbələri və beynəlxalq mühəndislik layihələrində iştirak etmək istəyən mütəxəssislər üçün nəzərdə tutulub.

İxtisaslaşdırılmış ingilis dili kurslarına başlaya bilmək üçün ingilis dili biliklərinizin İntermediate level olması lazımdır. Tədris dil üzrə 4 əsas bacarığın, danışıq, dinləmə, yazma və oxumanın inkişafına yönəldilib.

Proqrama əsasən həftədə 3 saat dərs və əlavə olaraq 2 saat da Ünsiyyət Klubları (Conversation & Speaking Clubs) təşkil olunur.
Dərslər fərdi yaxud kiçik qrup olmaqla müştərinin ofisində və ya bizim tədris mərkəzimizdə tədris olunur.

Müəllimlərimiz müxtəlif yerli və xarici universitetlərin məzunları (ingilis dili ixtisaslı) olmaqla yanaşı, CELTA, TEFL, TKT, İELTS, TOEFL və s. Beynəlxalq sertifikatlara malik təcrübəli mütəxəssislərdir.