Kurslar

İngilis dili kursları

STİMUL ingilis dilini Beynəlxalq standartlar əsasında öyrənmək istəyənləri, dil üzrə əsas bacarıqlarını, Danışıq, Dinləmə, Yazma və Oxuma, Qramatika və Söz Ehtiyyatını artırmağı (Reading, Writing, Listening, Speaking, Grammar, Vocabulary) hədəfləyən hər kəsi kurslarımızdan faydalanmağa dəvət edir.

Proqrama əsasən həftədə 3 saat dərs (seçim əsasında həftədə 2 dəfə, hər dərs 1 saat yarım və ya həftədə 3 dəfə, hər dərs 1 saat) və əlavə olaraq 3 saat da Ünsiyyət Klubları (Conversation & Speaking Clubs) təşkil olunur. Dərslər fərdi və ya qrupda olmaqla tədris olunur. Həmçinin korporativ müştərin ofisində də dərslərin təşkili mümkündür.

Kursun Proqramı 6 səviyyədən ibarətdir:

1. Başlanğıc Səviyyə (Beginner level)
2. Elementar Səviyyə (Elementary level)
3. Aşağı Orta Səviyyə (Pre-Intermediate level)
4. Orta Səviyyə (Intermediate level)
5. Yüksək orta Səviyyə (Upper Intermediate level)
6. Mükəmməl səviyyə (Advanced level)

Hər səviyyənin proqramı 1 ay yarım olsa da, tələbənin dil öyrənmə qabiliyyətindən və bu dili öyrənmək üçün ayıracağı vaxtdan asılı olaraq bu müddət 1 ay ola, bəzən 2 ayadək davam edə bilər.
Müəllimlərimiz müxtəlif xarici və yerli Universitetlərin məzunları (ingilis dili ixtisaslı) olmaqla yanaşı, CELTA, TОEFL, İELTS və s. Beynəlxalq sertifikatlara malik təcrübəli mütəxəssislərdi.

Korporativ müştərilərin ofisində də dərslərin təşkili mümkündür.

Azərbaycanda ilk dəfə, hələ 2012-ci ildə ingilis dilinin tədrisini Beynəlxalq standarta uyğunlaşdırdıq və bunun nəticəsi olaraq Azərbaycanda ilk dəfə English UK-in rəsmi partnyoru statusunu qazandıq.

2010-cu ildən etibarən təhsil sahəsində fəaliyyət göstərən bir neçə Beynəlxalq şirkətin Azərbaycandakı rəsmi nümayəndəsi statusunu qazandıq. Bu şirkətlərə London School of Business and Finance (İngiltərə), Bournemouth Business School İnternational (İngiltərə), Oxford House College (İngiltərə), Anglo-Continental (İngiltərə), Sprachcaffe (Almaniya), Kaplan International Colleges (İngiltərə) və digərləri daxildir.

Conversation Clubs

Səviyyələr üzrə Danışıq klubunun (Conversation Club) üstün cəhətləri:

  1. Hər Səviyyə üzrə fərqli günlər və saatlarda təşkil olunur (məqsəd yuxarı və aşağı dil biliyi olan tələbələr arasında kompleks yaratmamaqdır);
  2. 10 ildən çox iş təcrübəsi olan yerli moderatorlar və Avropalı könüllülər tərəfindən keçirilir;
  3. 14 yaşdan yuxarı arzu edən bütün tələbələrimizə iştirak ödənişsizdir

Keçirilmə vaxtları:

  1. Şənbə günləri – Beginner və Elementary səviyyələri üzrə saat 11:00; Pre-Intermediate, Intermediate və Upper-Intermediate səviyyələri üzrə saat 12:30
  2. Bazar günləri – Pre-Intermediate və yuxarı səviyyələri üzrə saat 14:00;

Ümumi İngilis dili ilə yanaşı aşağıdakı ixtisaslaşdırılmış ingilis dili kurslarını da təklif edirik:

  • Tibbi ingilis dili
  • Biznes ingilis dili
  • Texniki ingilis dili
  • Menecerlər üçün ingilis dili
  • Mühəndislər üçün ingilis dili
  • Hüquqşünaslar üçün ingilis dili
  • Kurort və Turizm üzrə ingilis dili
  • Maliyyə və Bank işi üzrə ingilis dili
  • HR professionallar üçün ingilis dili

Ödəniş:

                     Kursun Adı

Həftəlik tədris müddəti / Saat

Aylıq Qiymət / AZN

Dərs

Danışıq Klubu və Film Saatı

CƏMİ Saat

Fərdi  tədris

Standart  Qrup / 2-5 nəfər

1

Ümumi İngilis dili kursları (standart paket) + kitab hədiyyə

3

3

6

195

95

2

Biznes İngilis dili

3

2

5

250

130

3

Neft və Qaz üçün İngilis dili

3

2

5

250

130

4

Texniki İngilis dili

3

2

5

250

130

5

Hüquqşünaslar üçün İngilis dili

3

2

5

250

130

6

Tibbi İngilis dili

3

2

5

250

130

7 Mühəndislər üçün İngilis dili 3 2 5 250 130
8 Maliyyə və Bank işi üzrə İngilis dili 3 2 5 250 130
9 HR professionalları üçün İngilis dili 3 2 5 250 130
10 Kurort Menecmenti və Turizm üçün İngilis dili 3 2 5 250 130
11 Menecerlər üçün ingilis dili 3 2 5 250 130
12 Uşaqlar üçün ingilis dili 2 1 3 100 60

 

XÜSUSİ QEYD: 14 yaşımıza özəl tələbə biletini təqdim edən tələbələrə, həmçinin sosial həssas qruplardan olan hər kəsə 14% endirim tətbiq edilir.

 

Kursa başlamadan öncə ingilis dili səviyyənizi müəyyənləşdirəcək Placement test və şifahi danışıq yoxlama keçirilir.

Ümumi İngilis dili hər səviyyə üzrə 32 dərs saatı nəzərdə tutulub.