Polşanın nüfuzlu Universitetlərində təhsil almaq və ya Polşada işləmək istəyənləri, həmçinin polyak dilində qüsursuz danışığa yiyələnməyi arzulayanları polyak dili kurslarında iştiraka dəvət edirik.
Hər səviyyənin proqramı ortalama 2 ay olsa da, tələbənin dil öyrənmə qabiliyyətindən və bu dili öyrənmək üçün ayıracağı vaxtdan asılı olaraq bu müddət dəyişə bilir.
Dərslər polyak dili müəllimliyi üzrə təhsil almış, bu sahə üzrə 5 ildən çox iş təcrübsi olan peşəkarlar tərəfindən tədris olunur. İlk dərs sınaq dərsidir və ödənişsizdir. Yoxlayın və dərslərimizin keyfiyyətindən və müəllimlərimizin savadından əmin olun.
Polyak dili kursları fərdi və kiçik qruplarla, əsasən həftədə 3 dəfə hər dərs 1 saat və ya həftədə 2 dəfə hər dərs 1 saat yarım olmaqla bütün səviyyələr üzrə (A1-C2) tədris olunur. Online dərslərimiz də var.
Dərs vaxtlarını tələbələr özləri də seçə bilirlər.