Yaponiyada iş və təqaüdlü təhsil imkanını, Mext Proqramı ilə bu ölkənin qabaqcıl universitetlərində təhsil almaq şanslarını nəzərə alaraq Yapon dili kurslarımıza qəbul qəbul il boyu davam edir. Bütün bu imkanlara yapon dilini öyrənərək sahib olmaq indi öz əlinizdədir.
Çox çətin dil olaraq düşündüyümüzə baxmayaraq qramatikası Azərbaycan dilinə çox oxşar olan bu dildə 6 aya rahat şəkildə danışa biləcəksiz.
Yapon dili 3 əlifbadan ibarətdir. Bu əlifbalar isə öz növbəsində hecalardan ibarətdir. Hiraqana əlifbası (46 heca), Katakana əlifbası (46 heca) və Kanjilər (Heroqliflər sayı 2000-dən çoxdur). Qramatik cəhətdən Azərbaycan dilinə çox oxşayan yapon dilində, cümlə strukturu eyni olduğuna görə bu dildə danışmaq bizim üçün asandır.
Yapon dili dərsləri Bakı Dövlət Universiteti Yapon dili və ədəbiyyatı ixtisası məzunu, təhsilini Yaponiyanın qabaqcıl universitetlərindən biri olan Hiroşima Universitetində davam etdirmiş, yapon dilinin tədrisi üzrə ixtisaslaşmış müəllim tərəfindən tədris olunur.
Hər bir tələbənin gələcək arzu və məqsədlərinə uyğun plan hazırlanaraq, ona uyğun dərslər keçirilir. Azərbaycanca hazırlanmış materiallarla xarici mənbədən məlumat araşdırmaq məcburiyyəti olmadan yapon dilini öyrənə bilərsiniz.
Dərslər əyani və ya əlavə vaxt itkisi ilə üzləşmək istəməyənlər və Bakı şəhərində yaşamayanlar üçün online şəkildə, fərdi və kiçik qruplarda olmaqla tədris olunur.
Altay dilləri qrupuna daxil olan Yapon dili əsasən Yaponiyada təhsil almış və ya ixtisasartırma keçmiş müəllimlər tərəfindən tədris olunur.
Hər bir tələbənin gələcək arzu və məqsədlərinə uyğun plan hazırlanaraq, ona uyğun dərslər keçirilir.